IQNA

Aşura və bu günümüz-1

VIDEO | Aşuranın analiz və təhlil edilməsinin əhəmiyyəti

11:50 - August 11, 2021
Xəbər sayı: 3490494
Allah-Taala Peyğəmbərinə (s) buyurur ki, tarixdə baş verən mühüm olayları ümmətin üçün danış, şayəd o barədə fikirləşdirlər və ibrət aldılar. Buna görə də tarix bizim düşüncə qaynaqlarımızdan biridir.

Ali Məqamlı Rəhbərin Seçilməsi Məclisinin (Xübrəqan) üzvü və Tehran universitetinin ustadı Məhəmməd Möhsin İsmayili "İran Universitetlərinin Qura Təşkilatı"nın "Mübin" studiyasında "Aşura və bizim bu günümüz" adlı silsilə videodərslərdə Aşuranın tarixini təhlil edib, Aşuranın qiyamının kökləri və ibrətlərindən danışıb.

Həmin videodərslərinin birinci hissəsini təqdim edirik:

"Tarix həmişə biz insanlar üçün maraqlı və cazibədar olub. Biz hamımız istəyirik ki, keçmişdə baş verənlərdən xəbərimiz olsun. Tarixi hadisələr iki cür mütaliə edilir: Bəzən istəyirik ki, sırf hansısa keçmiş tarixdə nə baş verdiyini bilək. Bəzən isə bu hadisənin nə zaman və nə üçün baş verdiyini, hadisənin kökləri və səbəblərini bilmək istəyirik. Və buna uyğun mütaliə edirə və araşdırma aparırıq.

Birinci növ mütaliə "nəqli" və "vəsfi" tarix adlanır. İkinci növ mütaliə isə "əqli" və "təhlili" tarix adlanır. "Nəqli və vəsfi tarix"dən məlumatlı olmaq faydalı və maraqlıdır. Amma heç vaxt "təhlili tarix" ilə müqayisə edilə bilməz.

Allah-Taala da Qurani-Kərimdə buyurur:

 فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ  

"Bu dastanı onlara danış, şayəd ki, düşündülər" (Əəraf/176).

Yəni tarixi hadisələri mütaliə etdiyiniz zaman baş verənlərin kökünü araşdırın və bu hadisələrin yaranmasının səbəbləri barədə düşünün və ibrət alın. Yəni Tarixə hadisiləri təhlil və analiz edin. Allah-Taala Peyğəmbərinə (s) buyurur ki, tarixdə baş verən mühüm olayları ümmətin üçün danış, şayəd o barədə fikirləşdirlər və ibrət dərsi aldılar. Buradan da məlum olur ki, tarix bizim düşüncə qaynaqlarımızdan biridir. Aşura hadisəsi də bu qaydadan istisna deyil.

Bəzən İmam Hüseynin (ə) kim olduğunu, Kərbəlada nə baş verdiyini və Aşuranın necə bir gün olduğunu öyrənmək istəyirik. Çox da yaxşı və faydalıdır. Amma daha yaxşı və daha faydalısı budur ki, bu hadisənin kökündə nələr durur, yaranmasına hansı amillər səbəb oldu, İmam Hüseyn (ə) nə üçün qiyam etdi, nə üçün şəhid oldu, bu qiyamla hansı hədəfləri həyata keçirmək istəyirdi, qiyamın nəticələri nə oldu və bu gün İmam Hüseyn (ə) bizdən nə istəyir? Buna Aşura hadisəsinin analizi və "təhlili tarixi" deyilir.

Tarixin nəqli deyir ki, İmam Hüseyn (ə) kim idi, amma tarixin analizi deyir ki, necə İmam Hüseyn (ə) kimi bir şəxsiyyət olmaq olar.

Allahın izni və qüvvəsi ilə bu videodərslərdə Aşura tarixini analiz və təhlil edəcək və çıxarışlarımızı sizinlə bölüşəcəyik. / iqna

kod
captcha